Anar Ağakişiyevdən “Made in Azerbaijan” məhsulu Qiyməti...

 15:31 09.04.2019     560

Stilist Anar Ağakişiyev ARB kanalında yayımlanan "Söhbət var" verilişində maraqlı açıqlama edib. 

Redaktor.az-ın məlumatına görə, aparıcı Dilarə Əliyevanın stilistə "Elə vasitə var ki, o, ancaq sənə məxsusdur və qırışları açmaq üçün istifadə olunur?” sualına Anar belə cavab verib:

"Böyük səslənsə də, bir vasitə icad etdim. Ondan ancaq məndədir. Satışda 2019-cu ilin sonu, 2020-ci ildə olacaq. Dünyaca məşhur markalar onu "Made in Azerbaijan" adı ilə alacaqlar. Əvvəl olurdu İtaliya, Fransa məhsulu. İndi eyni şirkətlər Azərbaycan adı ilə buraxacaqlar. Məhsulun qiyməti 250-300 avro olacaq".

Sevda Bayramova / REDAKTOR.AZ