Miri Yusif yeni solo konsertinə hazırlaşır Sürprizlər olacaq / FOTO

 16:20 09.04.2019     702

Azərbaycan şou-biznesinin sevilən ulduzu Miri Yusif yeni solo konsertinə hazırlaşır.

Redaktor.az xəbər verir ki, Yaşıl Teatrda baş tutacaq gecədə müğənni dinləyicilərinə maraqlı şou vəd edib. Bu barədə Redaktor.az-a müğənninin mətbuat katibi Seymur Zəkəryəyev açıqlama verib. 

Gecədə daha hansı yeniliklər olacaq?

“Builki şou daha yaddaqalan və möhtəşəm olacaq. Bu dəfə ki, marafonda Miri Yusif pərəstişkarlarına yaxşı tanış olan, onu onlara sevdirən hitlərini, canlı ifalarını səsləndirəcək və bir sıra başqa sürprizlər təqdim edəcək. Məşqlər tam sürətlə davam edir”

Qeyd edək ki, Miri Yusifin konserti iyun ayının 7, 8 və 9-da gerçəkləşəcək.

Sevda Bayramova / REDAKTOR.AZ