Əməkdar artist Suğra Bağırzadə qəzaya düşüb? ÖZƏL AÇIQLAMA

 16:03 09.04.2019     643

Əməkdar artist Suğra Bağırzadənin avtomobil qəzasına düşməsi xəbəri yayılıb. Vəziyyətinin yaxşı olmadığı və rol aldığı serialın çəkilişlərinə belə davam edə bilməyəcəyi bildirilib.

Xəbərin yalan olub-olmamasını araşdırmaq üçün sənətçi ilə əlaqə saxladıq.

O, məsələ ilə bağlı Redaktor.az-a bunları dedi: 

“Səhərdən hərkəs mənə görə narahat olub. Mən heç bir qəzaya düşməmişəm sadəcə olaraq yıxılmışam və ayağım zədə alıb. Buna görə də bir müddət evdə istirahət etməliyəm. Çəkilişlərimiz də davam edir. Kim bu cür yalan xəbəri yayıb bilmirəm, amma mən özümü yaxşı hiss edirəm.”

Qeyd edək ki, əməkdar artist İTV-də yayımlanan “Dağıntılar altında” adlı serialda çəkilir.

Sevda Bayramova / REDAKTOR.AZ