“Böyük tikə olub, boğazında qalaram” Ramaldan Abbasa SƏRT CAVAB

 17:43 09.04.2019     636

"Kənarda qardaşları ilə birgə “A trio”nun adından istifadə edərək, toylara gedirdilər, pul qazanırdılar".

Redaktor.az bildirir ki, əməkdar artist Abbas Bağırov “Söhbətsiz” verilişində Ramal İsrafilovun ünvanına sərt fikirlər səsləndirib:

“Ona yetərincə əziyyət çəkmişəm. Bunu nə dərəcədə dəyərləndirir, özü bilər. Qrupun sonbeşiyi o idi, özünü ərköyün aparırdı ki, buna hər şey olar, amma elə deyil. Qrup mənimdirsə, orada qayda-qanunu qoyan mənəm. Nə pullar qazansalar belə, mənə bir manat gəlib, çatmırdı. Ehtiyacım yox idi. Missiyam “A trio” qrupunu məşhur etmək və sənət göstərmək idi. Ramal solo ifaya can atırdı. Mən də ona qrupun yetirməsi kimi dəstək göstərəcəkdim. Ancaq elə oldu ki, özbaşınalıq etdi, kənarda qardaşları ilə birgə “A trio”nun adından istifadə edərək, toylara gedirdilər, pul qazanırdılar. Buna göz yumurdum. İstedadlara dəstək olmaq adı ilə bu addımı atmışdım”.

İfaçı Ramal İsrafilovla əlaqə saxladıq. Sənətçinin mətbuat katibi məsələ ilə bağlı bunları söylədi:

"Ramal hər zaman bu cür söz-söhbətlərdən, qalmaqallardan uzaq olub. O, hörməti, sənəti ilə seçilib. Heç kimin qarşısında üzü kölgəli deyilik. İçi Abbas qarışıq. Abbas Bağırov açıqlamasında “böyük” görünmək istəyib və guya “böyüklük” edib. Deyib ki, qrupun adından istifadə edib Ramal toylara gedirdi. Halbuki, Ramal "A-Trio" dan da öncə toylara, məclislərə gedib. Haqqında “özbaşınalıq edirdilər” sözünü işlətmək sənin və sənin kimilərin həddinə deyil. Boyunu aşacaq, ya da başqasını əzəcək sözlər işlətməklə böyüklük olmur, nə də ki sənətkarlıq"

Qeyd edək ki, Ramal əməkdar artistə İnstaqram vasitəsi ilə də sərt cavab verib: 

“Böyük tikə olub, boğazında qalaram”.

Sevda Bayramova / Redaktor.az