“Eurovision” təmsilçimiz Təl-Əvivdə FOTOLAR

 17:11 09.04.2019     675

“Eurovision 2019” təmsilçimiz Çingiz Mustafayev  İsrailin paytaxtı Təl-Əvivə yollanıb.

Redaktor.az xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında paylaşım edib:

“Nəhayət, ilk dəfə Təl-Əvivə gəldim. “İctimai” TV üçün mənim “Eurovision” postkartlarım burada çəkiləcək”.

Müğənni Azərbaycanı “Truth” mahnısı ilə təmsil edəcək. O, yarışmanın ikinci yarım finalının ikinci hissəsində çıxış edəcək.

Sevda Bayramova / REDAKTOR.AZ