İnstaqram Rozanın ulduz statusunu təsdiqlədi FOTO

 18:19 09.04.2019     769

Adətən dünya ulduzlarının səhifələrində rastlaşdığımız mavi “işarə"ni bu dəfə yerli müğənnimiz Roza Zərgərli qazanıb. Bu işarə isə səhifənin həqiqi olduğunu bildirir, eləcə də şou-biznes nümayəndəsinin ulduz statusunu təsdiqləyir.

Redaktor.az xəbər verir ki, İnstaqramda bir çox yerli ulduzlar sözügedən mavi “işarəni” artıq qazanıblar. Sevilən müğənni Roza Zərgərli də onların sırasına daxil olub.  Xanım müğənni sevincini Redaktor.az-la bölüşüb:

“Şad xəbəri Mədəniyyət Nazirliyinin tədbirində olarkən aldım. İşçilərim iki ay bundan əvvəl sorğu atıblar, onlar da İnstaqram və Yutub səhifəmin real olduğunu təsdiq etdilər. Təəccübləndim, amma çox sevincliyəm".

Sevda Bayramova / REDAKTOR.AZ