Çetin Altay restoranda yemək bişirərkən kameralara tuş gəldi

 04:42 10.04.2019     503

Türkiyənin tanınmış aktyorlarından olan Çetin Altayın restoranlardan birində çəkilən fotoları yayılıb.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fotolar restoranın mətbəxtində çəkilib. Aktyor mətbəxtdə yemək bişirir və bundan xoşbəxt olduğu aydın görünür.

O, açıqlamasında bildirib ki, həyat yoldaşı Gamze Kaçmaz hamilə olduğu üçün evdə yemək bişirmir.

“Yoldaşım narahatdır. Bunun üçün evdə yemək bişirmirik. Mən də evdə istədiyim yeməyi bişirə bilmirəm”, - deyə Çetin Altay bildirib.

Redaktor.az

222