Bu məşhurlar Bakıya gələcək 26-28 apreldə

 13:00 10.04.2019     529

Bu il 26-28 aprel tarixində Bakıda baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi özünəməxsus şou proqramlarla yadda qalacaq.

Bu barədə Redaktor.az-a Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib. 

Onun sözlərinə görə,  Azərbaycan Qran Prisi ərəfəsində məşhur DJ-lərin çıxışları, həmçinin əyləncəli proqramlar gecə saatlarınadək davam edəcək:

“İki hissədən ibarət olan şou proqramlar "Baku Crystal Holl" və "Elektra Events Holl"da baş tutacaq. Üç gün ərzində “Qızıl Qramafon” və “İlin mahnısı” mükafatlarına layiq görülmüş rusiyalı repçi Ciqan, “Taxt oyunları” serialının soundtrekini remiks etməklə məşhurlaşıan, türkiyəli DJ Mahmut Orhan, Robin Şultz və Lost Frequencies kimi məşhur musiqiçilər çıxış edəcək. Bundan başqa, DJ Mendoza da dinləyicilərinə unudulmaz anlar yaşadacaq. Həmçinin, üç gün ərzində Dənizkənarı Milli Parkda əyləncəli şou proqramlar nümayiş olunacaq”

Ulduz siyahısı bununla bitmir. Belə ki, yarışın ikinci günündə "Baku Crystal Holl"da ingilis müğənni Sam Smit çıxış edəcək. Digər ikinci qonaqla bağlı isə hələ ki məlumat yoxdur.

Sevda Bayramova /REDAKTOR.AZ