Rəşad İlyasov AzTV-dən gedir? ÖZƏL AÇIQLAMA

 14:01 10.04.2019     819

Əməkdar artist Rəşad İlyasov Azərbaycan Dövlət Televiziyasının ( AzTV) solistliyindən çıxarılmayıb.

Redaktor.az bildirir ki, mediada Rəşad İlyasovun  AzTV-nin solistliyindən çıxarılması barədə məlumat yayılıb. Əməkdar artistin "Space" TV-nin efirində müğənni Rüfət Axundovla birlikdə oxuduğu söyüşlü duetin buna səbəb olduğu göstərilib. 

Problemlə bağlı AzTV-nin “İctimai-siyasi proqramlar” redaksiyasının baş redaktoru Sərvər Bayramovla əlaqə saxladıq. O, Redaktor.az-a açıqlamasında bildirdi ki, məsələnin Rəşad İlyasova aidiyyatı yoxdur:

"Sözügedən hadisə AzTV-nin efirində baş verməyib. Ona görə də, işdən azad edilmə söhbəti ola bilməz. Bildiyiniz kimi, bu barədə Milli Televiziya və Radio Şurası (MTRŞ) qərar qəbul edib. Orada Rəşad bəylə bağlı heç bir hökm irəli sürülməyib. Monitorinqlər nəticəsində məlum olub ki, söyüşü işlədən məhz Rüfət Axundovdur. Rəşad İlyasov AzTV-nin solisti olaraq fəaliyyətini davam etdirir”

Qeyd edək ki, MTRŞ-nin qərarı ilə müğənni Rüfət Axundova bütün efirlərdə qadağa qoyulub. 

Sevda Bayramova /REDAKTOR.AZ