"Sənətkar oxudu, indi aşpaz gəlib oxusun" Cəmilə ilə Niyam arasında QALMAQAL

 14:17 10.04.2019     760

“Elit star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova ilə həmkarı Niyam Salami arasında qalmaqal yaşanıb.

Məsələ ilə bağlı Cəmilə İsgəndərova ilə əlaqə saxladıq. O Redaktor.az-a bunları dedi:

"Toy edən yaxın adam idi. Həmin məclisə hədiyyə olaraq dəvətli idim. Saat 22:30-da səhnə alacağımı toy yiyəsinə öncədən söylədim. Məclisə gəldim və öz növbəmi gözləyirdim ki, bu an Niyam Salami gəldi və mənə qarşı çox aqresiv davranaraq mikrafon, yer davası etdi. O, ironiya ilə "qoy sənətkar oxusun” dedi. Mahnını ifa edəndən sonra onun cavabını verdim: Sənətkar oxudu, indi aşpaz gəlib oxusun. Onun bu hərəkəti ev yiyəsini də əsəbiləşdirdi. Niyamı sənətə mən gətirmişəm. O, əvvələr çox başqaydı, baxışları dəyişib, üzündə nur qalmayıb. Ona yazığım gəlir”

Qalmaqalla bağlı müğənni Niyam Salamı Redaktor.az-a açıqlama verdi:

“Hansı sənətkarlıqdan söhbət gedə bilər? Mən heç vaxt keçmişimdən utanmamışam, sadə insanam ona görə də xalq məni sevir. O, özünü reklam edib, gündəmə gəlmək istəyir. Gör dünya nə gündədir ki, Cəmilə mənə köməklik göstərib. Gülməyim gəlir buna. Onun özünə kömək edən lazımdır. Həyatda heç vaxt mikrafon davası etməmişəm, əgər onun üstünə də qışqırmışamsa, deməli,  səbəbsiz olmayıb"

Qeyd edək ki, sözügedən hadisə toyların birində baş verib.

Sevda Bayramova / REDAKTOR.AZ