Aygün Kazımova və qızının 20 il əvvəlki görüntüləri yayıldı

 14:43 10.04.2019     589

Xalq artisti Aygün Kazımova 20 il əvvəlki görüntülərini İnstaqram hesabında paylaşıb.

Redaktor.az xəbər verir ki, müğənni ilk dəfə Heydər Əliyev Sarayında çıxış edən zaman lentə alınan videosunu sosial şəbəkədə yayıb. Videoda Kazımovanın qızı İlqarə də yer alıb. 

Xalq artisti paylaşımına "Bu gün o gün... "Aygün bir gün" adlı ilk böyük şou konsertimiz 20 il əvvəl məhz bu gün baş tutdu. Bu gün onu yenidən izləyə bilərik. MTV Azərbaycan kanalında" sözlərini qeyd edib.

Redaktor.az sözügedən görüntüləri təqdim edir.

Sevda Bayramova /REDAKTOR.AZ