"Sən təkcə ingilis dilində ulamağı bacarırsan" Afətdən SƏRT AÇIQLAMA

 15:19 10.04.2019     1059

Müğənni Samir Cavadzadənin “Onlar yaxşı insan olsaydılar, Azərbaycan musiqisini korlamazdılar” fikri ətrafında qalmaqal səngimək bilmir.

Bu dəfə Samirə Afət Fərmanqızı cavab verib.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən müğənni özünün Samirdən daha çox sevildiyini iddia edib:

“Ümumiyyətlə, kim deyirsə ki, biz bayağıyıq, zövqsüzük o insan bir başa xalqı təhqir edir. Çünki bizi xalqa sevdirən məhz toy mahnıları olub. Əgər, belə olmasaydı məni hər gün toya dəvət etməzdilər. Biz dəliyik özümüz üçün pul buraxıb mahnı yazdırıb,oxuyaq?

Samir Cavadzadə deyir ki, biz Azərbaycan musiqisini korlayırıq. Sən təkcə ingilis dilində ulamağı bacarırsan, amma məni isə xalq sevir”.

Sevda Bayramova /REDAKTOR.AZ