Xəyalə ilk dəfə “Maşın” şouda qazandığı avtomobilini sürdü

 16:35 10.04.2019     918

“Maşın” şounun sonuncu qalibi Xəyalə Quliyeva ilk dəfə avtomobilini sürüb.

Redaktor.az-ın məlumatına görə, aktrisa sürücülük vəsiqəsinin olmadığı üçün bir neçə aydır ki, avtomobilini idarə edə bilmirdi.

O, artıq sürücülük vəsiqəsini aldığını və ilk dəfə maşınını özü sürərək çəkilişə gəldiyini vurğulayıb:

"Maşın yanvardan məndə olsa da, sürücülük vəsiqəm olmadığı üçün sərbəst sürə bilmirdim. Vəsiqəmi aldım və ilk çəkilişə sürdüm. 10 dərsə sərbəst sürməyi öyrəndim".

Sevda Bayramova / REDAKTOR.AZ