“Space” TV-nin məhkəməsinin vaxtı açıqlanıb

 17:01 10.04.2019     451

“Space” televiziyasında yayımlanan “Hər səhər” verilişində əməkdar artist Rəşad İlyasovla müğənni Rüfət Axundovun söyüşlü mahnı oxumasına görə Milli Televiziya və Radio Şurasının müraciəti əsasında məhkəmə başlayır.

Redaktor.az xəbər verir ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) sözügedən hadisə isə bağlı İzibati Xətalar Məcəlləsinin 384.0.1-ci (Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması,yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən olunan xüsusi qaydaların pozulmasına) protokol tərtib edərək məhkəməyə müraciət edib.Protokola aprelin 24-də hakim Günel Əkbərlinin sədrliyi ilə baxılıb qərar veriləcək.

Qeyd edək ki, məhkəmə MTRŞ-nin müraciətini təmin edərsə, “Space” TV-ni beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə gözləyir.

Sevda Bayramova / REDAKTOR.AZ