Səidə Sultan Samir Cavadzadəyə dəstək oldu

 18:14 10.04.2019     719

Bayağı ifaçılar, zövqsüz musiqiçilər qalmaqalı bitmək bilmir. Bu dəfə Samir Cavadzadəyə dəstək olan Səidə Sultan oldu.

Redaktor.az xəbər verir ki, müğənni həmkarına dəstək olaraq "Nə edə bilərik ki, indi sizin zəmanədir” sözlərini işlədib.

Məsələylə bağlı Səidə Sultanla əlaqə saxladıq. O faktı təsdiq etdi: “Biz Vaqif Gərayzadə məktəbi görmüş müğənnilərik. Mən də o məktəbin nəticələrindən biri olaraq əlbətdəki Samirə dəstəyəm. Bayağı, zövqsüz mahnılar Azərbaycan musiqisini korlayır.”

Qeyd edək ki, məsələyə müğənni Şəbnəm Tovuzlu və Afət Fərmanqızı da sərt reaksiya verib.

Sevda Bayramova / REDAKTOR.AZ