Gülayın obrazı PLAGİAT ÇIXDI - Müğənnidən AÇIQLAMA

 19:27 10.04.2019     698

Müğənni Gülay Zeynallının son klipində yaratdığı obrazın plagiat olduğu ortaya çıxıb. Belə ki, bu obraz amerikalı müğənni Beyonsa bənzədilib.

Məsələylə bağlı Redaktor.az-a açıqlama verən Gülay Zeynallı obrazın plagiat olmadığını bildirib:

“Klipdəki geyim və makiyajdan xəbərim yox idi. Hamısı Elnur Həsənovun istəkləri idi. Hər bir işdə oxşarlıq olur, bunu plagiat kimi qələmə vermək olmaz. Bu, stilistin fikirləri idi, mən də əməl etdim. Beyonsa oxşamağa qalsa, Şərq xanımlarımız ondan öncə elə geyimlərdə olublar”.

Qeyd edək ki, ifaçının klipini Anar Hüseynov ərsəyə gətirib.

Sevda Bayramova /REDAKTOR.AZ