Hansı müğənni övladı ilə düşmən ola bilir? - Məşhurlar intihar edən məktəblidən DANIŞDI

 17:01 11.04.2019     1178

162 nömrəli tam orta məktəbinin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı ölkə gündəmini alt-üst edib. Kimisi məktəblinin bu hərəkətini təhsil ocağındakı nəzarətsizliklə, kimisi də ailədə baş verən problemlərlə əlaqələndirir. 

Deyirlər, məktəb uşaqların ikinci ailəsidir. O zaman bir sual ortaya çıxır: Ailədəki hansı problemlər intihara səbəb olur?

Redaktor.az baş verən hadisəylə bağlı valideyn olan məşhurlardan açıqlama alıb. 

Bir oğul anası olan Əməkdar artist Gülüstan Əliyeva Redaktor.az-a açıqlamasında bildirib ki, təhsil ocaqlarında bacarığlı psixoloqlar çalışmalıdır:

“Oğlumun ən böyük xoşbəxtliyi dost olmağı bacaran anasının olmasıdır. Çalışıram ki, hər zaman dərdinə şərik olub, ona kömək edim. Çünki bu, ilk növbədə mənim insanlıq və valideyin borcumdur. Bacıma da övladları ilə dost, sirdaş olmağı məsləhət görürəm. Ailə uğursuzdursa, o zaman övlad da bədbəxt olur. Baş verən hadisəyə gəlincə, bu cür dəhşətli hadisələrin çoxalmaması üçün təhsil ocaqlarında savadlı psixoloqlar çalışmalıdır. Təsadüfü direktorlar qovulmalıdır”

Xalq artisti Alim Qasımov da hamı kimi, baş verən hadisədən çox təsirlənib:

“Nəvələrimi övladlarım kimi saf və təmiz sevgi ilə böyütmüşəm, daim yanlarında olub, problemlərini həll etmişəm. Onlara "sizinlə eyni yaşdayam"- deyirəm. Çünki uşaqlar müasir dövrdən çox uzaqdırlar.”

Redaktor.az-a danışan növbəti məşhur valideyn, Əməkdar artist Elnarə Abdullayeva isə deyir ki, övladları ilə çox vaxt dost, lazım gələndə isə düşmən olur:

“Hər şey evdən başlayır. Uşaq ailənin güzgüsüdür. Evdə ata, ana normal deyilsə, o zaman uşaq da qaydasında olmayacaq. Məktəb heç nəyi həll etmir”.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsində hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb və Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Sevda Bayramova /REDAKTOR.AZ