Tacirin 4-5 arvad almaq fikrinə SƏRT REAKSİYA: "Uşaq artırmaq istəyirsə..."

 15:58 11.04.2019     955

Müğənni Tacir Şahmalıoğlu Xəzər TV-də yayımlanan 5/5 verilişində qonaq olarkən işlətdiyi “Dörd, beş dənə arvad almaq lazımdır. Bu, müsəlman dünyasının qanununda da var” ifadəsi ilə yenidən gündəmə gəlib. 

Sənətçinin efirdə işlətdiyi həmin ifadələrin nə dərəcədə doğru olub-olmaması ilə bağlı həmkarlarının fikirlərini soruşduq. 

Redaktor.az-a açıqlama verən Mənzurə Musayeva gülüşlə reaksiya verdi:

“Kişinin bir arvadı olar. Bir insan necə dördünü, beşini birdən sevə bilər? Uşaq artırmaq istəyirsə, öz doğma, halal həyat yoldaşına müraciət etsin".

Məsələyə reaksiya verən digər məşhur isə aparıcı Sərxan Kərəmoğlu oldu:

“Tacirdir da... Yəqin nağıllardan, filmlərdən, cahil insanlardan eşidib bu fikri. O, yaxşı ata, ailə başçısıdır, sənəti var. Uşaqların artırılması məsələsi düzgün fikirdir. Azərbaycanda nə qədər çox uşaq doğulsa, yaxşı olar, amma tək insandan. Qeyri-qanuni nikahdan olan uşaqların doğulması düzgün deyil".

Müğənni Afət Fərmanqızı da məsələyə münasibətini bildirdi:

“Mən belə düşünmürəm. Sevgi beş adamın içində bölünə bilməz. Amma qadın özü razı olarsa, onda kişi iki ailəni saxlaya bilər. Ümumiyyətlə qadınını aldadan bəy gələcəkdə dördüncüyə, beşinciyə də xəyanət edəcək”

Sevda Bayramova / REDAKTOR.AZ