"Arıq, gözəl fiquralı xanımam" - Məşhurların FOTOŞOP sevdası

 17:57 11.04.2019     1105

Son günlərdə məşhurlar arasında fotoşop "xəstəliyi" yayılıb. Kimisi, artıq çəkisini azaldır, xüsusi makiyaj edir, kimisi də yeni sima yaradır.

Redaktor.az xəbər verir ki, ən çox fotoşopdan istifadə edən məşhurların sırasına xalq artisti Zülfiyyə Xanbabayeva da daxil olub. İnstaqramda 185 minlik izləyicisi olan xanım müğənninin yayımladığı foto tamaşaçılar tərəfindən müzakirələrə səbəb olub.

Ssözügedən proqramdan daha hansı xanım məşhurlarımız istifadə edir? Onları bu addımı atmağa nə vadar edir?

Məsələ ilə bağlı müğənni, model Afaq Aslan Redaktor.az-a fikirlərini bildirdi:

“Mən fotoşopdan istifadə etmirəm. Arıq, gözəl fiquralı xanımam. Fotoşopa ehtiyacım yoxdur. Halbuki, hərkəs əksinə düşünür. Canlı görəndən sonra isə fikirləri tamamilə dəyişir. Kamera məni kök göstərir. Təkcə rəng dəyişdirici proqramlardan istifadə edirəm”

Fotoşop sevdası ilə bağlı danışan digər məşhur isə aparıcı Afaq Gəncəli oldu:

“Mənim bəzi şəkillərimdə fotoşop var. Əsasən yorğun olduğum və yaxud da düzgün çəkilməyən vaxtı edirəm. Biz sənət adamlarıyıq, ona görə də paylaşdığımız şəkillərdə gözəl görünməliyik”

Redaktor.az-a açıqlama verən daha bir müğənni isə “pişik” ləqəbi ilə tanınan Günel Ələkbərova oldu:

“Yazıq məşhurların adı çıxıb. Mən də şəkil paylaşanda hər şeyə fikir verirəm”.

Məsələyə reaksiya verən digər məşhur isə Günay İbrahimli oldu:

“Fotoqrafların çəkdiyi bütün şəkillərdə fotoşop var, sadəcə olaraq bunun həddindən artıq olmasının tərəfdarı deyiləm. Bəzi şəkillərdə fotogenik düşmədiyimə görə, bu proqramdan istifadə edirəm.”

Sevda Bayramova / REDAKTOR.AZ