Məşhur aktrisa hamıdan gizlətdiyi sevgilisini üzə çıxardı: "Çox xoşbəxtəm"

 03:30 12.04.2019     706

54 yaşlı aktrisa Monika Belluççi sevgilisi ilə ilk dəfə görüntülənib. 

Redaktor.az Axşam.az-a istinadən xəbər verir ki, 36 yaşlı art-qaleri sahibi olan Nikolas Lefevrla eşq yaşayan aktrisa artıq hər yerə onunla gedir. 

Parisdə keçirilən  festivala qatılan  cütlük obyektivlər qarşısına keçərək fotolar çəkdiriblər. 

Birlikdə qırmızı xalçaya çıxan Monika və Nikolas əl-ələ tutublar. Onlar eyni tərzdə libas seçiblər. 


"Uzun müddətdir bir oğlanla görüşürəm. Mənim aləmimdən biri deyil, başqa sahədə çalışır.

Onun həyat tərzi məni başa düşməsinə imkan verir.

Çox xoşbəxtəm və seçimimdən razıyam" deyə, Monika açıqlamasında bildirib.