Çağatayın təqdimatına ABŞ səfirinin gəlişi QALMAQAL yaratdı - FOTOLAR

 15:23 12.04.2019     476

Baş rollarda Çağatay Ulusoy, Ayça Turan və Hazar Ergüçlünün oynadığı Türkiyənin ilk “Netflix” serialı “The Protector”un qala gecəsində qalmaqal yaşanıb.

Redaktor.az bildirir ki, ekran işinin ikinci mövsümünün tanıtımı üçün çəkiliş komandası bir araya gəlib. Lakin tədbirə qatılan jurnalistlərin etirazı gecəyə damğa vurub.

Belə ki, təqdimata Amerika Birləşmiş Ştatlarının (ABŞ) İstanbuldakı səfirinin qatılmasına görə mühafizəçilər media nümayəndələrini sıxışdıraraq onlarla yaxşı rəftar etməyib.

Jurnalistlər isə onların bu hərəkəti qarşısında birləşərək tədbiri tərk ediblər.

Sözügedən qaladan fotoları təqdim edirik:

Sevda Bayramova /REDAKTOR.AZ