Elməddin Türkiyədən gələn iş təklifinə NİYƏ YOX DEDİ?

 17:09 12.04.2019     474

"Cem Yılmaz ifadəsinə qıcıq oldum. Azərbaycanın Elməddiniyəm, heç kimi özümə hədəf götürməmişəm. Onların xətrinə dəyməmək üçün yola verdim".

Redaktor.az-ın məlumatına görə, bu sözləri aktyor Elməddin Cəfərov ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində deyib.

O, Türkiyədən iş təklifi aldığını, amma imtina etdiyini söyləyib:

"Orada məni telekanallarda işə dəvət etdilər, istəmədim. Türkiyə canımızdır, amma Azərbaycandakı tozum başqa yerin mərmərindən dəyərlidir. Buranın şoran suyu başqa yerin ağ suyundan dadlıdır".

Sevda Bayramova / REDAKTOR.AZ