Sənətə gəldiyinə peşman olan MƏŞHURLAR - "Kaş ki, vaxtında..." - VİDEO

 11:29 13.04.2019     1224

Cəmiyyətdə belə bir fikir var: "Sənət adamları ya ailəsi dağılandan sonra, ya da sənətə gələndən sonra boşanırlar".

Bəs sənətçilər bu fikirlə razılaşırlar?

Redaktor.az-a danışan aparıcı Lalə Mustafayeva bildirib ki, 15 il bundan öncə atdığı addıma görə indi çox peşmandır:

"Bu sualı 15 il əvvəl versəydiniz, təbii ki sənəti seçərdim. Bizim peşə ilə ailə həyatı düz gəlmir. Sənətdə olan xanımlara qarşı etibar, inam, hörmət yoxdur. Cəmiyyətdəki bu fikirləri kişilərdən eşidirəm. 15 ildir televiziyadayam, lakin buna görə çox peşmanam. Kaş ki, vaxtında ailəni seçərdim".

Müğənni Xuraman Şuşalı isə tam əksinə, zamanında sənətini atıb ailəni seçənlərin sırasındadır. Xanım sənətçi söyləyir ki, karyeraya görə ailəni dağıtmaq olmaz:

"Hər xanımın bir arzusu var. O da ki, gözəl ailəsinin olmasıdır. Nənə-babalarımızdan eşitmişik ki, əsas ailədir, onu qorumağı bacarmalısan. Ailə sənətdən müqəddəsdir və onu seçdiyimə görə heç vaxt peşman olmamışam". 

Mövzuyla bağlı Redaktor.az-a münasibət bildirən digər məşhur isə rəqqasə Renka olub:

“İllər öncə seçim qarşısında qalıb, sənəti seçmişəm. Boşandıqdan 1 il sonra rəqqasəliyə başladım və çox sevildim. Amma çox az qalıb, övladlarıma görə işimi atacam. Hansısa kişiyə görə yox, məhz oğluma görə rəqqasəliyə birdəfəlik nöqtə qoyacam”.

Müğənni Dilarə Kazımova ilə əlaqə saxladıq. Xanım müğənni kiməsə görə əsla sənəti atmayacağını bildirdi. 

Sevda Bayramova / REDAKTOR.AZ