Elməddindən "Azərbaycanın Cem Yılmazı" kimi səsləndirilməsinə MÜNASİBƏT: " O, kimdir?..."

 13:37 13.04.2019     496

"Çat kapı” filminin təqdimatı üçün Türkiyəyə gedən aktyor Elməddin Cəfərov TV8 kanalında yayımlanan “EYS Show” verilişinin qonağı olub.

Redaktor.az bildirir ki, şou-proqramda Elməddin "Azərbaycanın Cem Yılmazı" deyə səsləndirilib. Bu aktyorun xoşuna gəlməyib:

“Cem Yılmaz ifadəsinə qıcıq oldum. Mən Azərbaycanın Elməddiniyəm, heç kimi özümə hədəf götürməmişəm. O, kimdir? Məni Türkiyədə də azərbaycanlı Elməddin kimi sevib, qəbul etməlidirlər. Onlar öz aktyorunu bizim üstümüzdən reklam edirlər. Cemi bəyənirəm, amma bu o demək deyil ki, adımın yanına onun adı hallanmalıdır".

Sevda Bayramova /REDAKTOR.AZ