Rəqqasə Renka SƏNƏTDƏN GEDİR

 12:31 13.04.2019     2391

Tanınmış rəqqasə Renka sənətdən gedir. 

Bu barədə o, Redaktor.az-a açıqlamasında məlumat verib. Renka bildirib ki, hazırda iş axtarışındadır və rəqsi buraxacaq. Buna səbəb isə yaşının artması, övladlarının böyüməsidir:

“Heç bir kişiyə görə yox, oğluma görə sənətimi atacam. Çünki bunu o da istəyir. Hər zaman "ana sənəti at" deyir. Əvvəllər düşünürdüm ki, yəqin məndən utanır, ona görə belə deyir, amma yox. O, anasını düşünür. Sənətə gəldiyim ilk gündən çox sevildim, çünki sadə insanam və fəxr edirəm ki, kiminsə hesabına yox, öz gücümə bu günlərə gəlmişəm".

Sevda Bayramova / REDAKTOR.AZ