"Səni sevirəm, gül kələmi" -Aleynadan qəribə paylaşım

 18:43 13.04.2019     634

Etdiyi hər hərəkəti ilə gündəmdə olan müğənni Aleyna Tilkinin sosial media paylaşımları böyük maraq doğurur. 

Redaktor.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu dəfə “Tvitter”hesabından gül kələminin şəklini paylaşaraq qəribə sözlər yazıb:

"Səni çox sevirəm gül kələmi. Səni yediyim üçün çox şanslıyam. Kimsə sənin nə qədər gözəl olduğunu heç düşünməyib. İndi səni yedim və sən torpağın verdiyi o gözəlliyi mənim içimdə yaşadacaqsan".

İzləyiciləri isə müğənninin paylaşımlarını özündən başqa kimsənin anlamadığı qənaətindədirlər.