Azərbaycanda boşanan MƏŞHURLAR - FOTOLAR

 16:59 22.04.2019     2361

Tanınan simalar daim şəxsi həyatları ilə maraq dairəsində olublar.

Redaktor.az bu dəfə ailə həyatı qurub, sevgili olub ayrılan məşhurlar barədə məlumat verəcək:

Atv telekanalının məşhur aparıcıları Samirə MustafayevaVaqif Aydınoğlu evliliklərinə son qoyublar. Uzun illər ailəli qalan cütlük 2016-ci ildə gözlənilməz şəkildə boşanıb. Cütlüyün bir qız övladı var.

2007-ci ildə ailə həyatı quran rejissor Fuad Əlişov ilə aktrisa Sevinc Əliyeva 2016-ci ildə boşanıb. Onların bu evlilikdən üç övladı var.

Hər zaman şəxsi həyatı ilə mediada öz adından söhbət etdirməyi bacaran Xalq artisti Aygün Kazımova İlqar adlı şəxslə evli olub. Cütlüyün İlqarə adlı qızı var. Daha sonra adı bir çox bəylərlə hallanan Kazımovanın ən qalmaqallı sevgisi meyxanaçı Namiq Qaraçuxurlu olub. Onlar 2010-cu ildə yollarını ayırıblar.

Müğənni Kərim Abbasov 2008-ci ilin yanvar ayında məşhur produsser Təranə Səmədova ilə evlənib. Cütlük daha sonra qalmaqallı şəkildə boşanıb. Kərim ikinci dəfə evlənib, bir oğul var. Prodüser Təranə Səmədovanın isə bir qızı var.

Reper Elşad Xose və rəqqasə Oksana Rəsulova 2012-ci ildə ailə həyatı qurub. Lakin bir neçə aydan sonra cütlük boşanıb. Rəqqasənin hazırda bir oğlu var.

Aparıcılar Azər İsmayılovVüsalə Əlizadə də ayrılanlar siyahısına qoşulub. Qalmaqallı şəkildə boşanan məşhurların Dilək adlı qızı var.

“Şeron” qrupunun üzvü Rüstəm Zeynallı üç dəfə ailə qurub. Onun ikinci həyat yoldaşı Xalq artisti Aftandil İsrafilovun qızı Həcər olub. Rüstəm üçüncü dəfə xarici vətəndaşla evlənib.

Əməkdar artist Tünzalə Ağayeva rejissor Rəhmanla ailə həyatı qurub və müəyyən səbəblərə görə boşanıb. Həmin evlilikdən bir qızları var.

Aşıq Samirə Allahverdi də ayrılan məşhurlardandır. Sənətçi iki dəfə ailəli olub. O, ikinci həyat yoldaşı prodüser Rizvandan da boşanıb.

Şou biznes aləmində boşanan sənətçilərdən əlavə evli qalmağı bacaran cütlüklər də var:

Reper Dado ilə müğənni Natavan Həbibi evləndikləri ilk gündən aralarında söz-söhbət bitmək bilmir. Cütlüyün ayrılıb-ayrılmaması daim sual altında olub. Müğənni sonuncu paylaşımında isə hər şeyin yaxşı getdiyini və oğlan övlad gözlədiklərini bildirib. 

2009-cu ildə "Eurovision" müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Teymurzadə karyerasının ilk illərində şəxsi həyatını mətbuatdan gizləyərək evlənmək niyyətində olmadığını tez-tez dilə gətirirdi. Lakin bir müddət sonra Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovun ulduzu yeni-yeni parlayan ifaçıya heyran olduğu və həyat yoldaşından boşanaraq onunla ailə qurmaq istəməsi xəbərləri yayılıb. Bu xəbərlər tezliklə öz təsdiqini tapdı. Adıgözəlov Teymurzadə ilə ailə həyatı qurdu. Cütlüyün 3 övladı var.

2010-cu ildə isə Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edən Safura Əliyeva da Aysellə eyni taleyi yaşayır. Müğənni əvvəlcə evlənəcəyi ilə bağlı yayılan bütün dedi-qoduları təkzib edir. Buna baxmayaraq gənc ifaçının azərbayacanlı nazirin oğlu Fərhad Əliyevin evlilik təklifinə "hə" deməsi sürətlə bütün mətbuatda əks-səda doğurur. Safuraya vurulan nazir oğlu ilk həyat yoldaşından boşanaraq müğənni ilə Bodrumda özünə təmtəraqlı şəkildə toy edir. Cütlüyün bir oğlu var.

Xalq artisti Aygün Bayramova iranlı musiqiçi Fəraməz Germrudi ilə evlidir.


 

Sevda Bayramova / REDAKTOR.AZ