Məşhurlara bağışlanılan ƏN BAHALI hədiyyələr

 17:40 22.04.2019     779

Şou aləmində mütəmadi olaraq məşhurlara müxtəlif hədiyyələr bağışlanılır. Bunlar istər maddi baxımından olduqca yüksək, istərsə də mənəvi cəhətdən dəyərli olan hədiyyələrdir.

Maraqlıdır bəs, görəsən sənətçilərə sevənləri tərəfindən nələr hədiyyə olunub?

Redaktor.az-a danışan “Pişik” ləqəbli müğənni Günel Ələkbərova bildirdi ki, ona vaxtı ilə sevgililəri tərəfindən maşın bağışlanılıb:

“Fanat maksimum konsertə gələ bilər, mahnılara qulaq asa bilər, toya dəvət edə bilər, amma onlar tərəfindən bahalı hədiyyə almaq məncə real deyil. Yaradıcılığım bəhanə olub, özümə görə hədiyyələr almışam. İki dəfə ən son markalı maşınlar, ziynət əşyaları hədiyyə olunub".

Əməkdar artist Baloğlan Əşrəfov da mütəmadi olaraq sevənlərinin sürprizləri ilə qarşılaşır:

“50 illiyimdə Masallıda bir fanatım mənə Vaz 21 07 markalı avtomobil bağışlayıb. Mən də o maşını həmin oğlana geri hədiyyə etdim. Ən bahallı hədiyyəm bu oldu. Sevənlərim mənə saatlar, geyimlər hədiyyə ediblər".

Hər zaman sevənlərinin diqqət mərkəzində olan müğənni Mətanət Əsədova aldığı ən özəl hədiyyələrdən danışdı:

“Yaradıcılıq gecəmdə adımın əks olunduğu 1111 gül buketi hədiyyəsi almışam. Bununla yanaşı bir neçə dəfə bahalı avtomobillər bağışlanılıb.

Rəqqasə Fatimə Fətəliyeva xınasını etdiyi fanatı tərəfindən maraqlı hədiyyə alıb:

“Ən bahalı hədiyyəm qızıl komplekt olub, xanım pərəstişkarım tərəfindən. 

Aparıcı Könül Muxtarova isə iki ay müddətində hər gün 101 gül və bahalı ətirlər alıb:

“Hər gün canlı efirdən sonra mənə fərqli təqdimatda gül dəstələri və ətirlər gəlib. Daha sonra qışda qar yağanda maşınım gül ləçəkləri ilə bəzədilib. Hətta bir neçə dəfə maşınımla getdiyim yolda belə gül ləçəkləri səpələnib".

Sevda Bayramova / REDAKTOR.AZ