Azərbaycanda "Youtube"dən ƏN ÇOX PUL QAZANANLAR - SİYAHI

 17:46 23.04.2019     3874

Azərbaycanda mahnıları, videoları, filmləri milyonlar tərəfindən izlənilən məşhurlar var. Onlar yaradıcılıqlarını nümayiş etdirib, geniş auditoriyaya təqdim etmək üçün məhz “Youtube” sosial şəbəkəsindən istifadə edirlər.

Redaktor.az ən çox pul qazanan məşhurların adlarını təqdim edir:

Redaktor.az-a danışan blogger Bahadur Seyidov söylədi ki,  322 000 abunəsi olan "Demədi Demə" “Youtube” kanalından ayda təxmini olaraq 700 dollar qazanır.

“Bu Şəhərdə”nin komandası da “Youtube”də ən çox sevilənlər və izlənilənlər siyahısındadır. Komandanın baş prodüsseri və ssenaristi Müşviq Abbasov bildirdi ki, onlarda hər ay fərqli olur. 209 677 nəfərin abunə olduğu kanal ayda 100-300 dollar gəlir gətirir.

Blogger Əmrah Babayev "Youtube" kanalından 1000-3000 dollar arası pul qazanır.

Gənc müğənni Nahidə Babaşlının gəliri isə bizi xeyli təəccübləndirdi. Nahidə ayda 1500-4000 dollar qazanır.

Müğənni Talıb Talenin verilişlərin birində söylədiyi “Youtube”dən 2 illik qazancımla ev almaq olar” fikri müzakirələrə səbəb olub. Talıb Talenin “Youtube” kanalında hazırda 500 000-ə yaxın abunəçi var. Gəlirini isə müğənni sirr olaraq saxladı.

Ən çox qazananlar sırasında müğənni Damla da yer alır. Sənətçi 223 minlik "Youtube" kanalından nə qədər pul qazandığını bizimlə bölüşmək istəmədi.

Bəziləri bu haqda məlumat versə də, digərləri qorxudan nəinki gəliri, hətta minimal qazanclarını belə söyləmədilər.

Sevda Bayramova / REDAKTOR.AZ