Bahalı xəzdən imtina edən MƏŞHURLAR - FOTOLAR

 19:01 23.04.2019     925

Əksər dünya ulduzları xəzdən hazırlanan üst geyimlərinə birdəfəlik “Yox” deyiblər. Buna səbəb isə sözügedən libasların məhz ölü heyvanların dərisindən hazırlanmasıdır. Məşhurlar bu addımı heyvan haqlarını qorumaq məqsədi ilə edirlər.

Maraqlıdır, bəs görəsən, yerli məşhurlarımızdan kim hələ də “şuba” geyinir, kim isə dünya ulduzlarının bu aksiyasına qoşulur?

Şou-biznesdə özünəməxsusluğu ilə seçilən “Elit Star” ləqəbli Cəmilə söyləyir ki, onun qarderobunda gödəkçə, həmçinin də təbii xəzlər yer alır:

“Ən çox Rusiyaya gedəndə xəz geyinirəm, çünki oralar soyuq olur. Əsas da "Norka" tipli şubalardan istifadə edirəm, mənə ən rahat gələn o növdür. Amma Azərbaycanda xəz geyinən məşhurlar sadəcə olaraq bir-biriləri ilə yarışmaq üçün ondan istifadə edirlər. Hər kəsə göstərmək istəyirlər ki, hamıdan zövqlü, bahalı və gözəl geyinirlər. Vaxtilə Elza Seyidcahan bu mövzu barədə çox etiraz edib lakin heç kim ona qulaq asmayıb. Hər kəs birdəfəlik xəzlərə yox desə, mən də onlara qoşularam".

Aktrisa Pərvin Abıyeva Redaktor.az-a açıqlamasında bildirdi ki, o, xəzlərdən istifadə etmir: 

“Təbii yox, məhz süni xəzlərə üstünlük verirəm. Çünki heyvansevənəm. Vaxtilə onları necə öldürüb, dərilərinin soyduqlarını görüb, dəhşətə gəldim. O gündən özümə gələ bilmirəm. Özümə söz verdim ki, heç vaxt xəz almayacam".

Sevda Bayramova / REDAKTOR.AZ