Məşhur aktyor 52 yaşında ata oldu

 01:12 24.04.2019     558

Tanınmış Fransalı aktyor Vincent Kassel və top model Tina Kunakeyın qızları dünyaya gəlib.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 8 ay əvvəl evlənən cütlük uşağın adını Braziliyadakı Amazon meşələrindən ilhamlanaraq "Amazonie" qoyublar. Kassel İnstaqramda həmin meşələrin şəklini paylaşaraq "Amazonie doğuldu " yazıb.

Məşhur aktyorun keçmiş xanımı Monika Belluçidən iki qızı var. Cütlük 2013-cü ildə boşanıb. 2016-cı ildə isə Vincentin özündən 30 yaş kiçik xanımı top model Tina Kunakey ilə sevgi münasibəti başlayıb.

Aralarında xeyli yaş fərqinin olmasına baxmayaraq, Tina Vincentlə böyük eşq yaşadığını hər fürsətdə dilə gətirir.