Məşhur müğənninin üzünə limon atdılar

 08:16 24.04.2019     551

“Coachella” festivalında səhnəyə çıxan məşhur müğənni Ariana Qrande xoşagəlməz hadisə ilə üzləşib.

Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, tamaşaçılardan biri müğənniyə limon atıb.

Gözlənilməz zərbədən özünü itirməyən Ariana mahnısını bitirib.

Limonu atan şəxsin Beyonsun fanatı olduğu ehtimal edilir.

Qeyd edək ki, bir neçə gün öncə Ariananın Beyonsla festivaldan eyni məbləğdə qonorar aldığı açıqlanmışdı.