"Eurovision 2019"dakı tanıtım çarxının çəkilişləri yekunlaşıb - VİDEO

 11:45 24.04.2019     422

Azərbaycanı “Eurovision 2019” mahnı müsabiqəsində təmsil edəcək Çingiz Mustafayevin tanıtım çarxının çəkilişləri yekunlaşıb.

Redaktor.az xəbər verir ki: “Arzulamağa qərar ver: rəqs et” mövzusundakı videoçarx Azərbaycan və İsrail dostluğu ilə yanaşı müsabiqə iştirakçılarının birliyini də nümayiş etdirir. 

Müxtəlif və biri-birindən gözəl məkanlarda gerçəkləşən çəkiliş prosesi maraqlı xatirələrlə yadda qalıb.

Qeyd edək ki, Çingiz Mustafayev Təl-Əvivdə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində “Truth” (Həqiqət) adlı mahnı ilə ikinci yarımfinalda 18-ci nömrə ilə çıxış edəcək.