Hadise onu təhdid edən fanatını polisə ŞİKAYƏT ETDİ

 19:14 24.04.2019     498

Məşhur türkiyəli müğənni Hadisə onu təhqir edən fanatını polisə şikayət edib.

Redaktor.az türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi artıq bir neçə gündür şəxsi elektron ünvanına tanımadığı bir kişi tərəfindən qeyri-etik ifadələr, təhqir və təhditlər yazıldığını bildirib. Yollanan smslər cavabsız qalandan sonra Hadisənin evinə həmin şəxs tərəfindən xüsusi məktub göndərilib.

Hadise yaşananlardan sonra onu polisə verib:

“O, məni izləyir, haqqımda hər şeyi bilir. Əl yazısından istifadə edir. Mənə “Parisə gedib məni kimlərlə aldatdın?” və “Boğazlı köynək, qara ətək geyinirsən” deyə yazıb.

Sevda Bayramova / REDAKTOR.AZ