Sevdanın prodüseri İTTİHAMLARA cavab verdi

 12:58 25.04.2019     1067

Ötən gün Xəzər TV-də yayımlanan “Səni Axtarıram” verilişində müğənni Sevda Yəhyayevanın atası olduğunu iddia edən şəxs ortaya çıxıb. O, verilişdə bildirib ki, Sevda anasını evində qulluqçu kimi işlədir.

Sevda Yəhyayeva ilə əlaqə saxlamağa çalışdıq. Müğənninin prodüseri Pərviz Əsgərov Redaktor.az-a bildirdi ki, bunların hamısı absurddur. Bu birbaşa Xoşqədəm Hidayətqızının reytinq qazanması üçün atdığı addımdır:

“Sevda Yəhyayevanın atası Qarabağ müharibəsindən sonra vəfat edib. Efirə çıxarılan şəxs Sevdanın atası deyil. Verilişdə deyib ki, guya o, 15 il Sevdaya dəstək olub, “Yeni Ulduz” müsabiqəsinə aparıb. Ancaq bunların hər biri yalandır. Sevda heç vaxt onun üstünə qışqırıb, evdən qovmayıb. O ki, qaldı qulluqçu məsələsinə, hər kəs Sevdanın necə insan, anasına bağlı olduğunu çox gözəl bilir. Xoşqədəm Hidayyətqızı artıq üçüncü dəfədir ki, müğənnilərin hesabına reyting qazanır".  

Sevda Bayramova / REDAKTOR.AZ