Xalq artisti gül yağışına tutuldu - FOTOLAR

 14:23 25.04.2019     534

Xalq artisti Mələykə Əsədovanın doğum günü olub.

Redaktor.az xəbər verir ki, xanım sənətkar ad gününü evdə qızı ilə birgə qeyd edib. Ona verilən hədiyyələrin içərisində güllər çoxluq təşkil edib.

Sənətçi təəssüratlarını və ad günündən olan görüntüləri “İnstagram” səhifəsində paylaşıb:

“Salam olsun mənim sevimli izləyicilərimə. Dünən özəl günümdə məni təbrik edən hər kesə öz təşəkkürümü bildirirəm. Evimi çiçəklər baxçasına döndərdiyiniz üçün, sevginiz və alqışlarınız üçün bir daha təşəkkür!".

Qeyd edək ki, xalq artistinin 52 yaşı tamam olub.

Sevda Bayramova / REDAKTOR.AZ