Azərbaycanlı bu məşhurlar ORUC TUTMAYACAQ - Səbəbi isə... / FOTOLAR

11 ayın sultanı adlanan Ramazan İslam aləmində ən müqəddəs ay hesab olunur.
Maraqlıdır, görəsən hansı məşhurlarımız bu ayda oruc tuturlar?
Redaktor.az-ın hazırladığı sorğunu təqdim edirik:
Xalq artisti Firəngiz Mütəllimova 2013-cü ildə ağır əməliyyatdan sonra mütəmadi olaraq müalicə aldığına görə bu il də oruc tuta bilməyəcək.
Müğənni Pərvin Lətifov bildirib ki, o oruc tutmaq niyyətindədir:
"Amma alınacaq, ya yox bunu vaxt göstərəcək".
Əməkdar artist Lalə Məmmədova da səhhəti ilə əlaqədar oruc tuta bilmir.
Gənc aktrisa Günel Məmmədova oruc tutmayanlar siyahısındadır.
Müğənni Kərim Abbasov oruc tutanlar sırasındadır.
Xalq artisti Gülyanaq Məmmədovanın oruc tutmaq arzusu olsa da, həkimlər bunu ona icazə vermir.
Bəstəkar, müğənni Hacı Nazim hər il olduğu kimi, bu il də oruc tutacaq.
Aparıcı Humay Muxtarova analıq müalicəsi aldığı üçün artıq iki ildir oruc tuta bilmir.
Redaktor.az-a açıqlama verən rəqqasə Rənka deyib ki, o, oruc tuta bilmir. Çünki oruc tutanda rəqqasənin təzyiqi aşağı düşür və ürəyi ilə bağlı problemlər yaranır.
Müğənni Bahar Lətifqızı oruc tuta bilmir. Buna səbəb isə illər öncə mədə problemi yaşamasıdır.
Əməkdar artist Bəhram Bağırzadə 21 ildir oruc tutur.
Müğənni Afət Fərmanqızı Redaktor.az-a açıqlamasında bildirib ki, bu il oruc tutmayacaq.
Əməkdar artist Ədalət Şükürov da oruc tutmayacaq. Buna səbəb isə müğənninin may ayında iş qrafikinin dolu olmasıdır.
Rəqqasə, aktrisa Oksana Rəsulova bu il oruc tutacaq.
Müğənni Talıb Taleh oruc tutmayan şou nümayəndələri sırasındadır.
Aparıcı Lalə Mustafayeva Redaktor.az-a bildirib ki, oruc tutmağa çalışacaq, amma sağlamlığı buna imkan versə. Mustafayeva onu da vurğulayıb ki, o, Ramazan paylarını alıb, ehtiyacı olanlara paylayacaq.
Rejissor Nail Naiboğlu şəkərli diabet xəstəsi olduğundan oruc tuta bilməyəcək.
Müğənni Rahidə Baxışova hər il oruc tutur.
Aktyor Müşfiq Şahverdiyev bir neçə gün öncə dişlərinə implant qoydurduğundan oruc tuta bilməyəcək.
Müğənni Roza Zərgərli oruc tutanların siyahısındadır.
Aparıcı Lalə Azərtaş Redaktor.az-a bildirib ki, qismət olsa, oruc tutacaq.
Sevda Bayramova / REDAKTOR.AZ