"Rəvan balaca qardaşımdır, lakin yoldaşım..." - Bahar Lətifqızından GÖZLƏNİLMƏZ AÇIQLAMA

 15:08 07.05.2019     496

Müğənni Bahar Lətifqızı “Şou ATV” verilişində iştirak edib.

Sənətçinin şəxsi həyatı ilə bağlı olan açıqlamaları müzakirələrə səbəb olub.

Redaktor.az-a açıqlama verən Bahar Lətifqızı bildirib ki, vaxtı ilə müğənni Rəvan Qarayevə görə ailəsində söz-söhbətlər yaranıb:

“Rəvanla ailəvi dostuq. O, mənim balaca qardaşımdır. Lakin yoldaşım onu qısqanırdı. Kimsə beynini doldurmuşdu. Deyirdilər, niyə qoyursan oxusun, özü də kişi müğənni ilə? Boş şeylərdir".

Sevda Bayramova / REDAKTOR.AZ