“Təranə yaxınım deyil ki, sevinim” - Renkadan AÇIQLAMA

 14:38 07.05.2019     507

Məşhur prodüsser Təranə Səmədovanın azadlığa çıxması xəbərinə sevinlərlə yanaşı, sevinməyənlər də oldu. 

Redaktor.az-a açıqlama verən rəqqasə Renka bildirdi ki, o, bir ana ilə balanın qovuşduğu üçün sevinib:

“Allah qapısını açsın, balasına yazıqdır. Münasibətimiz yoxdur. İnanmıram köhnə qalmaqalımız gündəmə gəlsin. Mən ona əl vurmuram, o da mənə. Heç kim həpsdən sığortalanmayıb. Hər kəs bu vəziyyətə düşə bilər. Biz ideal deyilik, hər birimiz hardasa səhv etmişik. Düzdür, elə insan var ki, bunu fikirləşir. Amma bəziləri addım atanda heç nəyi düşünmür. Onun da qisməti bu imiş. Görüşəndə salamımı verəcəm. Alar, ya yox, özü bilər. O, mənim yaxınım deyil ki, sevinim, həbs xəbərini alanda pis oldum, amma belə, ancaq övladına qovuşduğu üçün sevindim".

Qeyd edək ki, bir müddət öncə rəqqasə Renka ilə məşhur prodüsser Təranə Səmədova arasında qalmaqal yaşanıb. Tərəflərin bir-biri ilə soyuq münasibətdə olduğu müddətdə isə prodüsser həbs olunub.

Sevda Bayramova / REDAKTOR.AZ