Xüsusi istedadı olan MƏŞHURLARIMIZ - FOTOLAR

 16:20 09.05.2019     2358

Bəzi məşhurlarımız var ki, onlar sənətlərindən əlavə xüsusi istedada da malikdirlər.

Redaktor.az xüsusi istedada malik olan sənətçiləri təqdim edir:

Aparıcı Könül Muxtarova 3 yaşından milli rəqslə məşğul olub. “Cücələrim” ansamblında iştirak edən Muxtarova 15 ilini bu işə sərf edib.

Gənc aktrisa Günel Məmmədova uşaqlıqdan rəqslə, gimnastika və akrobatika ilə məşğul olub.

Aparıcı Şəhriyar Əbilovun rəsm çəkmək qabiliyyəti var.

Müğənni Bahar Lətifqızı musiqidən əlavə geyimlərə bəzək-düzək verməyi sevir. Tikişlə məşğul olub.

Müğənni Pərvin Lətifov bildirdi ki, lazım gələrsə, hər bir işə əl ata bilər. Fəhləlik, yer belləmək, divar rəngləmək.

AzTV-nin solisti Nicat Cəfərzadə 20 yaşına qədər professional futbolla məşğul olub, müxtəlif komandalarda oynayıb.

“Elit Star” Cəmilə 4 il Yüngül Atletika üzrə Azərbaycan çempionu olub. Xanım müğənni dərziliyi də bacarır. O, bir çox geyimlərini özü tikib.  Eyni zamanda 10 il üzgüçülüklə məşğul olub. 

Aktyor Elməddin Cəfərov ixtisasca tarix-filologiya müəllimdir. Aktyor Azərbaycan və dünya tarixini araşdırmaqla məşğuldur.

Müğənni, aparıcı Türkan Heydərova 3 il bankda çalışıb. Bundan başqa o, kimyanı bildiyi üçün yaxşı kolorist ola bilər. Rəngləri qarışdırıb gözəl nəticə əldə edir.

Sevda Bayramova / REDAKTOR.AZ