Məşhurların 9 may Qələbə günü ilə bağlı paylaşımları - FOTOLAR

Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur.
Redaktor.az xəbər verir ki, məşhurlarımız sosial şəbəkələrdə bu tarixi günlə bağlı müxtəlif paylaşımlar ediblər:
Xalq artisti Murad Dadaşov “İnstagram” profilində Qələbə bayramı ilə bağlı foto paylaşaraq, "Qələbə bayramınız mübarək olsun! İnşallah Xankəndində bu bayramı yaşayarıq" şərhini yazıb.
Əməkdar artist Elza Seyidcahan “Whatsapp”da status bölməsində 9 rəqəmi əks olunan şəkil paylaşıb.
Əməkdar artist Ədalət Şükürov da “İnstagram”da bayram ab-havalı paylaşım edib.
Müğənni Roza Zərgərli 1941-1945 illərdə baş verən hadisə ilə bağlı maraqlı foto paylaşıb və “Bu gün faşizm üzərində qələbəmizdən 74 il keçir. 9 May Qələbə Günümüz Mübarək!” şərhini əlavə edib.
Əməkdar artist, aktyor Elnur Kərimov sosial şəbəkədə 9 May Qələbə Günü ilə bağlı paylaşım edib.
Jurnalist Türkan Məmmədli isə iki qat bayram yaşayır. Məmmədli “Facebook” səhifəsində 9 May Qələbə günü ilə əlaqədar fotolar paylaşıb.
“Bu gün mənim atam Qalib və mərhum babam, ikinci dünya müharibəsində ön cəbhədə vuruşan Mamed babamın doğum günüdür. Allah atama can sağlığı versin. Onu bizim yanımızdan əskik etməsin. Babama da Rəbbim rəhmət eləsin. Biz hamımız onunla fəxr etmişik” – deyə jurnalist qeyd edib.
Müğənni Nadir Qafarzadə də “İnstagram”da paylaşım edib və “9 May Qələbə bayramınız mübarək!” şərhini yazıb.
Müğənni Nigar Camal üçün də bu gün iki qat bayramdır. Sənətçinin babasının doğum günüdür. O, sosial şəbəkədə fotolar yayımlayıb.
Nigar Camal “Bu gün Qələbə günüdür və eyni zamanda HAPPY 103 BIRTHDAY BABA - Şaxsuvar Heydaroviç
May.09.1916 Sisian - January 25.1990 Baku...” şərhini əlavə edib.
Aparıcı Ceyhun Əli “İnstagram” da “story” bölməsində foto paylaşıb.
Aktyor Ramiz Hüseynzadə isə hərbi formada və əlində silahla maraqlı paylaşım edib.
Sevda Bayramova / REDAKTOR.AZ