“Daima qəlblərdə, yaddaşlarda yaşayan LİDER” - FOTOLAR

 15:55 10.05.2019     1894

Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür.

Ulu Öndərin doğum günü ilə bağlı məşhurlar sosial şəbəkələrdə paylaşımlar ediblər.

Redaktor.az həmin paylaşımları təqdim edir:

Əməkdar artist Sənubər İsgəndərli “İnstagram”da foto paylaşaraq “Daima qəlblərdə, yaddaşlarda yaşayan LİDER” şərhini əlavə edib.

Əməkdar artist Ədalət Şükürov da sosial şəbəkədə Ümummilli lider Heydər Əliyevlə bağlı foto paylaşıb. Sənətçi 10 May - Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü. Hər zaman qəlbimizdə və yaddaşımızdasınız! 10.05.1923” şərhini qeyd edib.

Əməkdar artist Lalə Məmmədova “İnstagram”da foto paylaşıb və “Nurlar içində uyuyan, xalqını seven əziz insan” şərhini əlavə edib.

Aparıcı Zaur Nəbioğlu “İnstagram”da “story” bölməsində Ulu Öndər Heydər Əliyevin fotosunu paylaşıb.

Müğənni Sevda Yəhyayeva paylaşım edərək, “Ulu Öndər Heydər Əliyev” şərhini yazıb.

Aktyor Elşən Orucov “İnstagram”da paylaşımlar edib. O, şəkillərə “Ad günün mübarək əziz və doğma insan!” şərhini əlavə edib.

Jurnalist Türkan Məmmədli Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar “İnstagram”da paylaşım edib. Məmmədli Bu gün Azərbaycanın siyasi dünyasında, xalq olaraq formalaşmasında əvəzsiz rolu olan, Ümummili Lider Heydər Əliyevin 96-cı ildönümüdür. 
Dahi şəxsiyyət, böyük siyasətçi Əlirza oğlu Əliyev, Allah Sizə rəhmət etsin. Siz daima qəlblərdə yaşayacaqsız” şərhini qeyd edib.

Müğənni Zamiq Hüseynov bu günlə bağlı sosial şəbəkədə paylaşımlar edən məşhurlar sırasındadır.

Aparıcı Könül Muxtarova “İnstagram”da foto paylaşaraq, “Hörmətlə anırıq” şərhini qeyd edib.

Aparıcı Zaur Kamal paylaşım edərək “Bu gün Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin doğum günüdü” şərhini əlavə edib.

Səhnəmizin balaca Nurayı 10 may tarixi ilə bağlı "İnstagram"da foto paylaşıb. Azyaşlının üzərindəki köynəkdə Ümummilli lider Heydər Əliyevin şəkli əks olunub.

Sevda Bayramova / REDAKTOR.AZ