“Günə 1000 manat xərcləyirəm" - Məşhurların gündəlik xərci nə qədərdir?

 18:21 10.05.2019     1117

Şou nümayəndələrinin həyat tərzi, qazancları, xərcləri daim gündəmdə olan mövzulardan biridir.

Görəsən, şou nümayəndələri gün ərzində nə qədər və hara pul xərcləyirlər?

Redaktor.az bununla bağlı sorğu keçirib: 

Müğənni Elçin Hüseynovun gündəlik xərci fərqli olur:

“Gün olur, 300 manat pulum çıxır. Amma xüsusi günlərdə, Ramazanda, bayramlarda xaricdən qonaqlarım gəlir. Onların yemək və yaşayış pulunu nəzərə alanda isə 1000 manata yaxın pul xərcləyirəm".

Aparıcı Humay Muxtarova gün ərzində salona getdiyi üçün daha çox pul xərcləyir.  Muxtarova gözəllik salonuna və gündəlik xərclərinə 300 manat vəsait ödəyir. 

Müğənni Elvin Abdullayev gün ərzində ən çox avtomobilinin yanacağı üçün pul xərcləyir:

“Gün ərzində yanacağa, lazım olanda paltara, ətirə 100-150 manat pul verirəm. Bu ay oruclu olduğuma görə, heç yerə çıxmıram. Bu da mənə hər tərəfli sərf edir”.

Müğənni Aynur Dadaşova isə “yeməyə düşkündür”:

“Ən çox pulum yeməyə çıxır. Hər axşam supermarketə gedirəm. Günə təqribi 100-350 manat pul xərcləyirəm. Evdə uşaq olduğuna görə, bir valideyn kimi onun istəklərini nəzərə almalıyam”.

Aktyor, parodiyaçı Elnur Mahmudov “Kasıb həyat” sürdüyünü dedi:

“Yanacaq, saqqız, energetik içki alıb, nahar edirəm. Gün ərzində təxmini 20 manat pul xərcləyirəm”.

Aparıcı Dəniz Nəbiyeva gündəlik ən çox qızına pul xərcləyir. Nəbiyevanın xərci təxmini 100-150 manatdır.  

Müğənni Kamil Cəfərovun gündəlik xərcləri fərqlidir:

“Gündəlik xərclərin içərisində avtmomobilimin yanacağı və alışveriş var. Gün olub, 10 manat pul xərcləmişəm, elə gün də olub ki, 300 manat. Ən çox dostlarla yığışıb, harasa gedəndə çox pul çıxır”.

Müğənni Afət Fərmanqızı gün ərzində 50-100 manat xərcləyir.

Sevda Bayramova / REDAKTOR.AZ