Xəstəxanaya yerləşdirildiyi deyilən Tünzalə Əliyevadan AÇIQLAMA

 13:44 11.05.2019     520

Əməkdar artist Tünzalə Əliyevanın xəstəxanaya yerləşdirildiyi barədə məlumatlar yayılıb.

Səhhəti ilə bağlı sənətçi ilə əlaqə saxladıq. Əməkdar artist Redaktor.az-a açıqlamasında məlumatın yalan olduğunu bildirdi:

"Müntəzəm olaraq həkim müayinəsindən keçirəm. Amma xəstəxanada deyiləm. Saytlarda yayılan məlumatlardan xəbərdaram, amma ətraflı oxumamışam”.

Sevda Bayramova / REDAKTOR.AZ