"İlhamənin goru çatlayır" - Əli Mirəliyevdən AĞIR SÖZLƏR

 12:25 12.05.2019     1268

Müğənni Əli Mirəliyev mərhum Xalq artisti İlhamə Quliyevanın varislərinə qarğış edib.

Redaktor.az Axsam.az-a istinadən bildirir ki, sənətçi "Şou news"a açıqlamasında deyib ki, İlhamənin pasportu belə onun evindədir:

"Vəziyyəti pis olanda pasportunu saxlamağım üçün mənə verdi. Dedim ki, camaata var-dövlət verirsən, mənə bunu. Pulu nə mənə, nə qızıma qismət oldu. Özü malını necə işlədibsə, sahib olanlar da elə işlətsin. İlhamə işlətmədi, yığdı. Qızım Samirə 10 il ona qulluq edib.

Həmişə İlhamənin yanında biz olmuşuq. Öləndə də orada idim. Biz onun yanında ola-ola ev-eşik bacılarına qismət oldu. Tükəzban İsmayılovanın evini ikinci arvaddan olan uşaqlar necə ala bilər? O evdə Orxan (İ.Quliyevanın övladlığa götürdüyü Orxan - red.) böyüyüb. İlhamənin goru çatlayır ki, siz onun evinə, bağlarına yiyələndiz.

İlhamənin evini tanımırdınız, gəlib malına sahib oldunuz. Bağını, mülkünü, qızıllarını talan etdiniz. Burnunuzdan gələcək. Kor olasınız, kimsiniz siz?".