İsrailin Mədəniyyət və idman naziri niyə yarışmadan İMTİNA ETDİ?

 11:46 13.05.2019     582

İsrailin Mədəniyyət və idman naziri Miri Regev “Evrovision”a getməyəcək.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, nazir Tel-Əvivdə baş tutacaq yarışmaya getməmə səbəbini açıqlamayıb.

Bəzi xarici media qurumlarının məlumatına görə, Miri Regev əvvəlcə qonaqlar siyahısında olmayıb, daha sonra onu əlavə etdiklərinə görə yarışmaya qatılmayacaq.

Bir müddət öncə isə Regev layihənin məhz Qüds şəhərində keçirilməsi ilə bağlı israr edib, lakin Avropa Yayımları Birliyi bu təklifi rədd edib. Buna səbəb kimi orada kifayət qədər böyük meydançaların olmaması, eyni zamanda isə etirazlara səbəb olacağı göstərilib. 

Qeyd edək ki, bu il “Eurovision” mahnı müsabiqəsi mayın 14, 16 və 18-də gerçəkləşəcək.

Sevda Bayramova / REDAKTOR.AZ