Aygün ilə Filipp yenidən bir arada - VİDEO

 13:26 13.05.2019     581

Xalq artisti Aygün Kazımova rusiyalı həmkarı Filipp Kirkorovla yenidən eyni səhnəni paylaşacaq.

Redaktor.az-ın məlumatına görə, bu haqda Filipp İsraildə müğənni-bəstəkar Murad Arifə açıqlamasında deyib.

Filipp “Jara" festivalında tamaşaçıları üçün sürpriz hazırlayır. O, Kazımova ilə duet oxuyacağını söyləyib:

"Aygünlə dostluq edirik. Mən o xanıma heyranam. Birlikdə bolqar mahnısı oxuyacağıq". 

Sevda Bayramova / REDAKTOR.AZ