Zeynəb Dostəliyeva “İndi müğənniləri otellərə aparırlar” fikrinə AYDINLIQ GƏTİRDİ

 18:09 13.05.2019     700

Müğənni Zeynəb Dostəliyeva söylədiyi fikirlərlə yenidən gündəmə gəlib.

İfaçı şou-aləmi ilə bağlı müxtəlif fikirlər söyləyib: İndi müğənniləri otellerə aparırlar. Məni indi verilişə təmənnasız çağırmısınız. Televiziyalar var ki, deyəndə elə qiymət oxuyurlar ki... O pulu ancaq yaxşı gündə bir sponsor tapan qızlar verə bilər, Maral Tahirqızının yeri səhnə yox, dəlixanadır. Elə oxumaq olur? Nə geyimini, nə danışığını, nə oturuşunu bilir. Onu müğənni hesab edirsiz? Sabahdan mən müğənniliyi atıram onda”.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən sənətçi hər şeyə aydınlıq gətirib:

"Bu, qalmaqal üçün yazılan qərəzli yazıdır. Maral kimdir? Mənim onunla heç salamım, yoxdur. Bu, bahalı mövzu deyil. İstifadə olunur, məni əsəbləşdirmək üçün qərəzli yazılar dərc olunur. Veriliş bir il bundan öncə efirə gedib. Mənim çatdırdığım fikir başqa idi, bunlar tam başqa şey yazıblar. Demək istəmişəm ki, biz o vaxt indiki kimi dəbdəbəli otellərdə qalmırdıq, şərait yüksək deyildi. Çox şəraitsiz qonaq evlərində qalıb, səhəri gün konsertə çıxırdıq. Elə kanallar var ki, efir üçün müğənnilərdən pul tələb edirlər. Amma məndən ala bilməzlər. Mən pulla çıxmamışam ki, onunla da efirə çıxım oxuyum. Yazılar qalmaqal üçündür. Mən isə qalmaqal adamı deyiləm, əsəbi adamam, şou ilə, saç yoldu ilə sənətə gəlməmişəm”.

Sevda Bayramova / REDAKTOR.AZ