Niyam Salami NARKOTİK VASİTƏLƏRDƏN istifadə edib? - Müğənnidən AÇIQLAMA

 17:36 13.05.2019     366

Müğənni Niyam Salaminin "ATV maqazin Onlarla" verilişində etdiyi açıqlamalar müzakirələrə səbəb olub.

Redaktor.az xəbər verir ki, ifaçı vaxtı ilə narkotik vasitələrdən istifadə etdiyini etiraf edib.

Müğənni ilə əlaqə saxladıq. O isə bunların bir zarafat olduğunu dedi:

“Mən nəinki, narkotik vasitə, hətta siqaret, qəlyan belə çəkmirəm. Onun tüstüsündən boğuluram. Çəksəm belə, bunu heç vaxt efirdə dilə gətirmərəm. Verilişin müxbiri Ruslan məni yaxşı tanıyır. Bu, sadəcə zarafat idi”.

Sevda Bayramova / REDAKTOR.AZ