"Eurovision 2019" BAŞLAYIR

 12:29 14.05.2019     400

"Eurovision 2019" beynəlxalq mahnı müsabiqəsi bu gün start götürür.

Redaktor.az-ın məlumatına görə,  İsrailin Təl-Əviv şəhərində keçiriləcək yarışma Expo Mərkəzdə baş tutacaq.

64-cü "Eurovision" gecəsində 17 ölkənin təmsilçisi səhnəyə çıxacaq. Açılışı "Toy" mahnısı ilə müsabiqənin qalibi olan Netta və 1998-ci ilə İsrailə birincilik gətirən Dana İnternational edəcək.

Aparıcılığını Bar Refaeli, Erez Tal, Assi Azar və Lucy Ayoubun etdiyi proqramda Yunanıstan, Monteneqro, Finlandiya, Sloveniya, Polşa, Çex Resbuplikası, Macarıstan, Belarusiya, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, San Marino çıxış edəcək.

Yarışmanın növbəti yarımfinalı mayın 16-da, finalı isə 18-də gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycanın "Eurovision 2019" təmsilçisi Çingiz Mustafayev ikinci yarımfinalda "Truth" mahnısı ilə 18-ci nömrə altında çıxış edəcək.

Sevda Bayramova / REDAKTOR.AZ